Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

AMEA Folklor İnstitutunun “Koroğlu layihəsi”

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun rəhbərliyi ilə “Koroğlu” eposunun tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görməkdədir. Belə ki, hələ 2005-ci ildə İnstitutda “Koroğlu” eposunun Tiflis nüsxəsi – Təbriz variantı mükəmməl şəkildə çap olunub. Oxuculara təqdim olunan bu variant tarixi faktların zənginliyi, süjetinin bütövlüyü və dolğunluğu ilə xüsusilə diqqəti cəlb edir. Eyni zamanda bu əlyazma dastanın qeyd olunan xüsusiyyətləri ilə seçilən ən qədim əlyazmasıdır.
Folklor İnstitutunun “Koroğlu” eposu ilə bağlı həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də 2009-cu türk dünyasının görkəmli alimləri beynəlxalq konfransda bir araya gəldiyi “Uluslararası Koroğlu, Bolu tarixi və kültürü Sempozyumu” oldu. Belə ki, Türkiyənin Bolu şəhərində Abant İzzət Baysal Universiteti, AMEA Folklor İnstitutu və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birlikdə təşkil etdiyi bu konfrans xüsusilə diqqətə layiq idi.
Qeyd etmək lazımdır ki, Simpozium İcra təşkilatına Abant İzzət Baysal Universitetinin rektoru prof. Dr. Atilla Kılıç, AMEA Folklor İnstitutunun direktoru prof. Dr. Hüseyn İsmayılov və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru prof. Dr. Törə Mirzəyev rəhbərlik edirdi.
Simpoziumun adından da göründüyü kimi, tədbir ümumtürk xəzinəsinin ən mükəmməl nümunələrindən olan “Koroğlu” dastanına həsr olunmuşdu.
“Koroğlu” eposu ilə bağlı görülmüş digər bir tədbir isə eposun yeni variantının çap olunması işi oldu. Belə ki, təkcə Azərbaycan deyil, bütün türk dünyası koroğluşünaslığına böyük töhfə olacaq “Koroğlu” dastanının Əli Kamali variantı nəfis tərtibatla işıq üzü görmüşdür. Dastanı çapa institutun əməkdaşı Əli Şamil hazırlamışdır. Kitabda “Folklorumuzun üfüqləri” başlığı altında İnstitutun direktoru H. İsmayılovun oxuculara müraciəti, yer almışdır ki, burada da layihənin məqsədi, onu doğuran zərurət şərh olunmuşdur.
“Koroğlu” eposu ilə bağlı görülən tədbirlərin davamı olaraq AMEA-nın Folklor İnstitutunun direktoru, f.e.d, professor Hüseyn İsmayılovun redaktorluğu ilə yenicə işıq üzü görən “Azərbaycan Şifahi xalq ədəbiyyatına dair tədqiqlər” toplusunu da qeyd etmək lazımdır. Belə ki, artıq iyirmi doqquz sayı işıq üzü görən jurnalın sonuncu sayı bütövlükdə “Koroğlu” eposuna həsr olunub. On beş elmi məqalənin yer aldığı bu topluda “Koroğlu” eposun müxtəlif istiqamətlərdən təhlili diqqəti cəlb edir. Burada “Koroğlu” eposunun tarixi-mifoloji köklərindən, ritual-mifoloji əsaslarından tutmuş poetikasına qədər bütün məsələlər geniş şəkildə təhlil olunmuşdur.
Təbii ki, “Koroğlu” eposu ilə bağlı Folklor İnstitutunda görülən işlər davam edir və gələcəkdə dastanın yeni variant və nüsxələrinin çapı və tədqiqi sahəsində yeni-yeni addımlar atılacaqdır.


AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev