AMEA Folklor İnstitutu tərəfindən “Türkmənşəli erməni soyadları” kitabı nəşr edilmişdir
İnstitutun Elmi Şurasının qərarı ilə çap olunmuş kitabın müəllifləri filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, fəlsəfə doktoru Əziz Ələkbərli və etnoloq Elbrus Qaraqoyunludur.
Kitab ermənilərin genetik kimliyi, Azərbaycan-türk mədəni çevrəsinin bu etnosun dilinə, düşüncəsinə, mədəniyyətinə təsiri, dil əlaqələri və s. məsələlərə işıq salır. Kitabda 434 müasir erməni soyadının birbaşa Azərbaycan mənşəli olması, təkcə dil faktı ilə deyil, həm də tarixi arqumentlərlə də əsaslandırılır. Sübut olunur ki, erməni mətbəxi, erməni musiqisi, erməni folkloru və s. anlayışlar özününküləşdirilmiş Azərbaycan milli-mədəni dəyərlərini ehtiva etdiyi kimi, onun advermə sistemi də birbaşa Azərbaycan dilindən alınmadır. Bu soyadlar həm də, ermənilərin bir toplum kimi formalaşmasında türk etnosunun (o cümlədən azərbaycanlıların və onların ulu babalarının) böyük rolunu göstərir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, rəyçiləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və dilçi alim Sərlan Həsənovdur.
www.science.gov.az |