AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
«Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində»
mövzusunda elmi-praktiki konfrans
21 dekabr 2011-ci il
Mədəni inteqrasiya və qloballaşma Azərbaycan mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan folklorunun daha geniş müstəvilərə çıxarılmasını zərurətə çevirir. AMEA Folklor İnstitutu da məhz bu zərurəti nəzərə alaraq 21 dekabr 2011-ci il tarixdə «Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində» mövzusunda elmi praktiki konfrans keçirməyi qərara almışdır.
Azərbaycan folklorunun Avropa sivilizasiyası kontekstinə çıxarılmasının səviyyəsinin müəyyənləşdirilməsi, məsələnin nəzəri və praktiki tərəflərinin aşkarlanması, folklorumuzun Avropa elmi ictimaiyyətinə tanıdılma sahəsinin genişləndirilməsi konfransın başlıca məqsədlərindəndir.
Bildiyimiz kimi, mənəvi sərvətlərimizin qədim və dərin köklərə bağlılığı onun nəinki regionda yerləşən, xalqların eləcə də digər dünya xalqlarının mənəvi sərvətlərinə təsirini və orada buraxdığı izlərdən xəbər verir. Bu məqamlar nəzərə alınaraq Konfransda Azərbaycan folklor nümunələrinin Avropa və dünya xalqlarının folklor nümunələri ilə müqayisəli şəkildə öyrənilməsi, bərabər tədqiqatların aparılması, birgə əməkdaşlıq məsələləri də müzakirə ediləcəkdir. Bu isə Azərbaycanın elm sahəsində dünyaya inteqrasiyasına bir təkandır.
Konfransda müzakirə olunacaq məruzələrin mövzusu təqdim olunmuş tematika çevrəsində sərbəstdir.
Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.
Tel: (99 412) 498 81 08, (99 412) 492 92 48, 050 395 24 00 (konfransın katibi), Faks: (99 412) 498 16 21
Veb: www.folklorinstitutu.com,
E-mail: azfolklor@yahoo.com
|