Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

Bişkekdə “Manas eposu və türk dastançılıq ənənəsi” monoqrafiyası rus dilində nəşr edilmişdir

Bişkek, 27 dekabr (AzərTAc). Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən şair və alim Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” monoqrafiyası “Biyiktik” nəşriyyatında rus dilində çapdan çıxmışdır.
Azərbaycanda qırğız eposu Manasın tədqiqinə həsr olunmuş bu ilk elm-tədqiqat əsəri 2002-ci ildə Bakıda Azərbaycan, 2011-ci ildə isə rus dilində nəşr edilmişdir.
Kitabın rəyçiləri Qırğızıstan Milli Elmlər Akademiyası Dil və Ədəbiyyat, həmçinin Manasşünaslıq institutlarının direktoru, bir sıra beynəlxalq akademiyaların həqiqi üzü, “Çingiz Aytmatov” Akademiyasının prezidenti, akademik Abdıldacan Akmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və professor İsmayıl Vəliyevdir.
Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov bildirmişdir ki, monoqrafiya Azərbaycan Qırğızıstan folklor əlaqələrinin öyrənilməsi, iki qardaş xalq arasında ədəbi, mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Onun sözlərinə görə, qırğız oxucularının böyük marağını nəzərə alaraq tanınmış şair və tərcüməçi Mukan Asanaliyev monoqrafiyanı qırğız dilinə də tərcümə edir. Əsərin nəşri 2012-ci ilin birinci yarısına nəzərdə tutulmuşdur.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Bişkek