AMEA Folklor İnstitutu Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirib
 Dekabrın 29-da AMEA Folklor İnstitutu Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözüylə institutun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov açıb, institut əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə təbrik edib, onlara ən xoş arzularını yetirib.
Daha sonra başqa çıxışçılar – professor Kamran Əliyev, AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil, Nizami Muradoğlu və başqaları ürək sözlərini söyləyiblər.
Tədbir boyunca Folklor İnstitutunun əməkdaşları – əməkdar artist Nuriyyə Hüseynovanın, tanınmış aşıqlar Nemət Qasımlının, Fəzail Miskinlinin, Altay Məmmədovun, «İrs» Folklor ansamblı üzvlərinin, Solmaz Kosayevanın ifasında gözəl, yaddaqalan ifalar olub.

 

 |