Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞI RUSİYA FEDERASİYASI İLƏ ELMİ İNTEQRASİYA SAHƏSİNDƏ FƏALİYYƏTİNƏ GÖRƏ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLMİŞ VƏ TƏŞƏKKÜRNAMƏ ALMIŞDIR

Folklor İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı bu günlər Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin iki ali məktəbindən təşəkkürnamə almışdır.
8-9 noyabr 2011-ci il tarixində Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi və Kabardin-Balkar Dövlət Universiteti Nalçik şəhərində “Язык, культура, этикет в современном полиэтническом пространстве” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir. Bu konfransın təşkilində təşkilat komitəsinin üzvü kimi fəal iştirakına görə, elmi təşkilat və institutlar arasında elmi inteqrasiya istiqamətində təqdirəlayiq fəaliyyətinə görə Kabardin-Balkar Dövlət Universitetinin Elmi və Pedaqoji Şurası Afaq Xürrəmqızını Fəxri Fərmanla təltif etməyi qərara almışdır.

Bax: FƏXRİ FƏRMAN

****

12-14 noyabr 2011-ci il tarixində Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Pyatiqorsk Dövlət Linqvistik Universiteti, Şimali Qafqaz Filologiya Elmi-Tədqiqat İnstitutu ilə birgə “Avrasiya linqvo-mədəni paradiqma və qloballaşma problemləri: tarix və müasirlik” mövzusunda II Beynəlxalq elmi konfrans keçirmişdir. Konfransın işində Azərbaycandan da nümayəndələr öz elmi məruzələri ilə qatılmışlar. Azərbaycanlı alimlərin konfransda iştirakının təminatı ilə Folklor İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı məşğul olmuşdur. Afaq Xürrəmqızı konfransın təşkilat işində yaxından iştirak etmişdir, o, həm də konfrans materialları kitabının redaksiya kollegiyasına salınmışdır. Konfransın işində göstərdiyi fəallığa görə A.Ramazanova Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi Pyatiqorsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru prof. Z.A.Zavrumov və Şimali Qafqaz Filologiya ETİ-nin direktoru prof. A.M.Kaziyevanın imzaladığı Təşəkkürnamə almışdır.

Bax: MƏKTUB