Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Yanvarın 17-də AMEA Folklor İnstitutunda 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açıb. O, 20 Yanvar şəhidlərinin xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını bildirib: “20 Yanvar tariximizin unudulmaz səhifələrindəndir. Xalqımız bu hadisələrdə özünü bütöv olaraq hiss edə bildi. 20 Yanvarı həm faciə, həm də qəhrəmanlıq səhifəsi olaraq yaşadıq. Zaman keçdikcə 20 Yanvara daha böyük ucalıqdan yanaşmağa başlamışıq. 20 Yanvar müstəqillik, azadlıq uğrunda gedən mübarizənin ucalığı olub. Millətin taleyində elə məqamlar olur ki, unudulmur, sonrakı hadisələrə təkan verir. Faciə xalqımızın taleyinə böyük kədər gətirsə də, müstəqillik uğrunda əzmimizi daha da artırdı, möhkəmləndirdi”.


Tarixçi-alim Xəliyəddin Xəlilli 20 Yanvardan başlayaraq 42 gün ərzində fəaliyyət göstərən İctimai Dəfn Komissiyasının xalqın gücünü ifadə etməsini, insanlarımızın mətinliyini, halallığını, fədakarlığını, sarsılmazlığını, daxildən qurulmasını, faciəvi məqamlarını mətanətlə aşmasını ayrıca vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil həmin gecənin iştirakçısı olaraq duyğularını bölüşüb, 20 Yanvar şəhidlərinə həsr etdiyi “Qan borcu” poemasından bir parça oxuyub.
Sənətşünaslıq doktoru Rafiq İmrani 20 Yanvar hadisələri dönəmində Xəzər dənizində gəmilərdə dənizçilərimizin həyatlarını təhlükəyə ataraq həyəcanlı fit səsləri verməklə xalqımıza mənəvi dəstək olmalarından faktlarla danışıb.
İnstitutun əməkdaşı Elçin Qaliboğlu 20 Yanvar kimi faciələrin bundan sonra baş verməməsi üçün hər bir fərdin daxilən mətin və mübariz olmasının gərəkliyini vurğulayıb.