Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

AMEA Folklor İnstitutu Qarabağla bağlı folklor materiallarının toplanılmasını genişləndirəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu folklor materiallarının yeni şəkildə toplanılması, sistemləşdirilməsi və nəşrini həyata keçirəcək. İnstitutun direktoru Muxtar İmanov APA-ya açıqlamasında bildirib ki, ilk növbədə Qarabağ bölgəsi ilə bağlı folklor materiallarının daha da zənginləşməsinə ehtiyac var: “Qarabağ bölgəsində elə rayonlar var ki, ora bir folklorşünasın belə ayağı dəyməyib. Buna görə də Qarabağ bölgəsi ilə bağlı folklor materiallarının toplanılması, sistemləşdirilməsi və nəşri layihəsini həyata keçirməyə ehtiyac böyükdür. Xüsusən də məcburi köçkünlərin kompakt yaşadığı bölgələrdə bu işlər həyata keçirilməlidir. Etnos bir yerdən başqa yerə köçəndə onun mühitində də fərqlər yaranır. Kəlbəcərdən olan insanlar orada dedikləri nağılları, oyun və mərasimləri, dastanları məskunlaşdıqları yerdə demək istəyirlərmi? Bu da artıq tədqiqatçılar üçün araşdırma mövzusudur”.

M. İmanov qeyd edib ki, analoji layihələr daha sonra Azərbaycanda yaşayan azsaylı xalqların folklorunun toplanılması ilə bağlı da həyata keçiriləcək.