Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

AMEA Folklor İnstitutunun alimləri Türkiyədə

Bu yaxınlarda türk dünyasının görkəmli alimləri beynəlxalq konfransda bir araya gəldilər. Belə ki, Türkiyənn Bolu şəhərində Abant İzzət Baysal Universiteti, AMEA Folklor İnstitutu və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birlikdə təşkil etdiyi “Uluslararası Koroğlu, Bolu tarixi və kültürü Sempozyumu” öz işinə başladı.
Qeyd etmək lazımdır ki, Simpozium İcra təşkilatına Abant İzzət Baysal Universitetinin rektoru prof. Dr. Atilla Kılıç, AMEA Folklor İnstitutunun direktoru prof. Dr. Hüseyn İsmayılov və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru prof. Dr. Törə Mirzəyev rəhbərlik edirdi.
Simpoziumun adından da göründüyü kimi, tədbir ümumtürk xəzinəsinin ən mükəmməl nümunələrindən olan “Koroğlu” dastanına həsr olunub.
Açılış mərasimində çıxış edən Abant İzzət Baysal Universitetinin rektoru Atilla Kılıç müxtəlif ölkələrdən təşrif buyurmuş alimləri salamlayaraq Koroğlu adının bütün tük dünyasında olduğu kimi Bolu şəhərində də hamıya doğma olduğunu vurğulayıb.
AMEA Folklor İnstitutunun alimləri də simpoziumun gedişində xüsusilə fəal iştirak etdilər. Belə ki, simpoziumda iştirak edən Azərbaycan alimlərindən Füzuli Bayat, Firudin Cəlilov, Məhərrəm Cəfərli və Əli Şamil ayrı-ayrı bölmələrdə konfransın gedişinə rəhbərlik etmişlər. Bundan əlavə Firudin Cəlilovun “Koroğlu – Herakl mifi folklorda”, Məhərrəm Cəfərlinin “Koroğlu dastanının mifoloji yöndə araşdırılma tarixi (Azərbaycan təcrübəsi)”, Füzuli Bayatın “Koroğlunun xilaskar qəhrəman tipindən ədaləti qoruyan qəhrəmana dönüşü”, Ağaverdi Xəlilin “Koroğlu” dastanının tatar-tobol versiyası və arxaik türk eposunun strukturu”, Əziz Ələkbərlinin “Koroğlu” dastanı və tarix: İrəvan əyaləti ilə bağlı obraz və motivlər”, Elçin Abbasovun “Koroğlu” dastanında savaş ritualının poetik mətn təzahürləri” Əli Şamilin “Koroğlu” dastanında aşıq sərbəstliyi”, İslam Sadığın “Koroğlu xarakterinin genetik kodu”, yaxud “Koroğlu” dastanının “erməni variantı” haqqında”, Nəzakət Hüseynovanın “Ural Batır” və “Koroğlu” dastanlarında at və qılıncın mifik səciyyəsi mövzularındakı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, geniş mezakirələrə yol açmışdır. Gülnaz Abdullazadə, Elmar Hüseynov, Elxan Məmmədov, Həbibə Məmmədova, Mətanət Əzizqızı kimi tədqiqatçılar da konfransa öz məruzələri ilə qatılmışdılar.
Qeyd etmək yerinə düşər ki, üç gün ərzində təşkil olunmuş bu simpozium türk xalqlarının müştərək abidəsi olan “Koroğlu” dastanının öyrənilməsi işinin nəticələrinin göz önünə gətirilərək incələnməsi, gələcək tədqiqat yönlərinin müəyyən olunması və ən ümdəsi alimlər arasında qarşılıqlı elmi mübadilənin yaranmasına mühüm töhfə verdi.

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev