Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 
AŞIQ YARADICILIĞI ŞÖBƏSİ

Aşıq yaradıcılığı şöbəsində Azərbaycan aşıq yaradıcılığı araşdırılır, nümunələri toplanılır, sistemləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xüsusiyyətlərinin, ideya-məzmun məsələlərinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin toplanması və nəşri, onlar haqqında monoqrafik tədqiqatlar aparılması, «Azərbaycan aşıqları» çoxcildliyinin tərtib və nəşr edilməsi də bu şöbənin əsas vəzifələrindəndir.
Aşıq yaradıcılığı şöbəsi Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində fəaliyyət göstərən Folklor Elmi-Mədəni Mərkəzində 2001-ci ildə yaradılmışdır. 2003-cü ildən müstəqil Folklor Institutunun şöbələrindən biri kimi fəaliyyət göstərir. Söbə Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri istiqamətində folklorumuzun tarixi və nəzəri problemləri ilə məşğuldur.
Tacir Qurbanovun «Ağbaba folkloru» (H.Ismayılovla birgə) Aşıq Nəsib (tər.edən f.e.d. H.Ismayılov, T.Qurbanov) Bakı, Səda, 2004, Ağbabalı Isgəndərin «Serlər»i, Elxan Məmmədlinin tərtibində Borçalı Sair Nəbinin «Eləsi var» (2003) kitabları qısa müddətdə ərsəyə gətirdiyi elmi nəşrlərdəndir (2004).
Aşıq yaradıcılığı şöbəsinin müdiri filologiya elmləri namizədi Elxan Məmmədlidir. Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləmiş və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur. 1998-ci ildə «Azərbaycan aşıq yaradıcılığında təcnis» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Söbədə 21 nəfər elmi əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1 nəfəri elmlər doktoru, professor, 5 nəfəri elmlər namizədi, qalanları isə laborant, kiçik elmi işçi və böyük elmi işçilərdir.
Filologiya elmləri namizədi İslam Ələsgər Aşıq yaradıcılığı şöbəsinin əməkdaşlarındandır. İslam Talıb oğlu Ələsgər Basarkeçərin Ağkilsə kəndində (1925) anadan olmuşdur. 1954-cü ildə ADU-nun filologiya fakültəsini bitirmişdir. Babası Aşıq Ələsgərin yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 20-dən artıq elmi məqalənin və kitabların müəllifidir.