Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 
AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ

İnstitutun aparıcı şöbələrindən olan Azərbaycan folkloru şöbəsində Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri işləri həyata keçirilir.
Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri, Azərbaycan folklorunun tarixi - xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və folklorşünaslığın nəzəri problemlərinin araşdırılması, indiyə qədər xalq içərisində yaşayan və yazıya alınmayan şifahi ədəbiyyat nümunələrinin toplanması, lentə alınması və nəşrə hazırlanması; toplanmış materiallar əsasında çoxcildli regional folklor antologiyalarının (17 kitabı nəşr olunub) və folklor külliyyatlarının 6 kitabı çap olunub nəşr olunması; «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin, həmçinin «Azərbaycan folklorunun» ilkin nəşrlərin seriyasının (7 kitabı çap olunub) ardıcıl şəkildə ictimaiyyətə çatdırılması şöbənin əsas elmi istiqamətlərini təşkil edir.
Söbədə son dövrlər çoxlu sayda elmi-nəzəri araşdırmalar nəşrə hazırlanmışdır. XX əsrin ikinci yarısı Azərbaycan folklorşünaslıq elminin mühüm yenilikləri 1961-ci ildən nəşr olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində cəmlənir, elmi ictimaiyyətə çatdırılır. Lakin 1987-ci ilə qədər cəmi 7 nömrəsi çap olunan məcmuənin bu günə qədər XXIV cildi nəşr olunmuşdur. Bu məcmuənin nəşrini yalnız Azərbaycan folkloru şöbəsinin deyil, bütövlükdə Folklor İnstitutunun, daha geniş miqyasda Azərbaycan folklorşünaslığının, elmi-filoloji düşüncəsinin mühüm elmi nailiyyətlərindən hesab etmək olar.
Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsrafil Abbaslıdır. Abbaslı İsrafil İsmayıl oğlu 1938- ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiridir. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır.
İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik «Azərbaycan dastanları»nın, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın I kitabı, əlli cildlik «Dünya uşaq ədəbiyyatı» seriyasının III kitabı, «Azərbaycan ədəbiyyatı inciləri» seriyasının «Dastanlar» cildinin, «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının və s. nəşrə hazırlanmasında yaxından iştirak etmiş, əksəriyyətinin redaktoru, tərtibçisi, ön sözün, lüğət və şərhlərin müəllifi olmuşdur. Çoxcildli «Azərbaycan folkloru antologiyası»nın I (Naxçıvan folkloru ), II (Borçalı folkloru) və «Qarabağ folkloru»nun tərtibçisi, ikicildlik «Dədə Qorqud Ensiklopediyası»nın redaktorlarından biri, «Koroğlu» eposunun (rus və Azərbaycan dillərində) tərtibçilərindəndir. Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması problemlərinə həsr olunan Səki, Quba, Bakı və Lənkəran regional folklor müşavirələrinin hazırlanıb keçirilməsində də yaxından iştirak etmiş, həmçinin onun redaktəsi ilə müşavirələrin ilk kitabı elmi ictimaiyyətə çatdırılmışdır.
İ.Abbaslı folklorşünaslığın nəzəri məsələləri, Azərbaycan folklorunun qarşılıqlı təsir və əlaqə problemləri; Azərbaycan folklor örnəklərinin toplanması və nəşri problemləri ilə bağlı elmi axtarışlarını davam etdirir.
Söbənin iyirmi üç əməkdaşı vardır. Onlardan dördü filologiya elmləri doktoru, altısı filologiya elmləri namizədidir.
Filologiya elmləri doktoru, professor Paşa Əfəndiyev Azərbaycan folkloru şöbəsinin əməkdaşlarındandır. Paşa Sərif oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində (1928) anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1954-cü ildə «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır» mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə «Azərbaycan folklorşünaslığının tarixi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 23 monoqrafiya və dərsliyin, 200-dən artıq elmi məqalənin müəllifidir.
Filologiya elmləri doktoru, professor Kamran Əliyev Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir . Kamran İmran oğlu Əliyev Naxçıvan MR-nın Sərur rayonunun Diyadin kəndində (05.03.1953) anadan olmuşdur. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-2001-ci illərdə ali məktəblərdə kafedra müdiri, prorektor vəzifələrində çalışmış və mühazirələr oxumuşdur. Monoqrafiya və 200-dən artıq elmi məqalənin müəllifidir.
Filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir. Seyfəddin Həmzə oğlu Qəniyev Samaxı rayonunda (28.03.1952) anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Otuz ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan folklorunun regional özünəməxsusluqları sahəsində tədqiqat aparan S.Qəniyev həm də professional folklor toplayıcısıdır. Bir çox monoqrafiya və yüzdən artıq elmi məqalənin müəllifidir.
Filologiya elmləri namizədi Təhmasib Fərzəliyev bu şöbənin qocaman əməkdaşlarındandır. Təhmasib Əhməd oğlu Fərzəliyev Naxçıvanda (1928) anadan olmuşdur. Azərbaycan Dövlət pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Filolgiya elmləri namizədi Rza Xəlilov Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisidir. Rza Zeynal oğlu Xəlilov Bakı şəhərində (11.12.1944) anadan olmuşdur. 1968-ci ildə ADU-nun Sərqşünaslıq fakültəsini bitirmiş, 1989–cu ildə «Azərbaycan və ərəb nağıllarında qəhrəman» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi araşdırmaları Azərbaycan və ərəb folkloru sahəsindədir. AMEA Folklor İnstitutunun «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının aparıcı qüvvələrindəndir.
Filolgiya elmləri doktoru Cəlal Bəydili (Məmmədov) bu şöbənin aparıcı elmi işçisidir. Cəlal Mirağa oğlu Biləsuvar rayonunun Bəydili kəndində (1964) anadan olmuşdur. 1989-cu ildə ADU-nun filologiya fakültəsini bitirmişdir. 1995-ci ildə «Türk epik ənənəsində Qorqud Ata obrazı» namizədlik və 2008-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Folklorun müxtəlif problemlərinə həsr edilmiş kitabların və məqalələrin müəllifidir.
Filologiya elmləri namizədləri Afaq Ramazanova ilə Mətanət Əsgərova Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi ilə səmərəli şəkildə məşğul olan mütəxəssislərdəndirlər.