Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

Hüseyn İsmayılov yaradıcılığı rus dilində

 

Bu günlərdə AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun iki əsəri rus dilində nəşr olunmuşdur. bunlardan biri “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” əsəri, digəri isə “Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” kitabıdır.
Kazan şəhərində yenicə işıq üzü görmüş bu əsərlər müasir dövr folklorşünaslığımızda tədqiqatları ilə yeni bir mərhələnin əsasını qoymuş Hüseyn İsmayılov yaradıcılığına verilən dəyərin ifadəsidir.
“Azərbaycan aşıq sənəti. Göyçə mühiti” kitabının redaktorları f.e.d. R.F.İslamov və f.e.d. F.İ.Urmançiyevdir. Kitabın rəyçiləri isə AMEA-nın müxbir üzvü N.Cəfərov və AMEA-nın müxbir üzvü İ.Həbibəylidir.
Kitabı rus dilinə tərcümə edən isə Bayram Ağayevdir.
Kitab aşağıdakı fəsillərdən ibarətdir:
I fəsil “Göyçə aşıq mühitinin tədqiqi tarixi”,
II fəsil “Aşıq sənətinin inkişaf mərhələləri”,
III fəsil “Göyçə aşıq mühiti”

“Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” kitabının redaktoru f.e.d. R.F.İslamov, rəyçilər isə f.e.n. A.Xəlil və f.e.d., professor A.Hacılıdır.
Monoqrafiyada görkəmli ədəbiyyatşünas, tənqidçi akademik M.Arifin qədim rus söz sənəti, XVIII əsr və XIX əsrin sonu XX əsrin əvvəlləri yeni dövr rus ədəbiyyatı haqqında araşdırmaları təhlil olunur.
Akademik M.Arifin rus ədəbiyyatı ilə bağlı araşdırmaları f.e.d. Hüseyn İsmayılovun tədqiqində obyektiv və müasir filoloji fikrin tələblərinə uyğun şəkildə işıqlandırılmışdır.
Kitab “Giriş”, üç fəsil və “Nəticə”dən ibarətdir.
I fəsildə M.Arifin XIX əsr rus ədəbiyyatı haqda, II fəsildə yeni dövr rus ədəbiyyatı barədə, III fəsildə isə XX əsr rus ədəbiyyatı ilə bağlı fikirləri geniş şəkildə təhlilə cəlb olunmuşdur.
Azərbaycan hüdudlarından kənarda işıq üzü görmüş bu kitablar müasir filoloji fikrimizin əcnəbi oxucuların diqqətinə çatdırılması işində atılmış ən mühüm addımlardandır.

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev