
AMEA Folklor İnstitutu fəaliyyətə başladığı 2003- ildən bəri hər il 50-dən artıq folklor antologiyalar və elmi kitablar nəşr edir. Bundan başqa Folklor İnstitutunda «Dədə Qorqud» beynəlxalq jurnalı (ildə 4 sayı), «Azərbaycan şifahi xalq ədəbiyyatında dair tədqiqlər» (ildə 2 sayı) və «Elmi axtarışlar» (ildə 2 sayı) toplusu, «Elmi axtarışlar məcmuəsi» (ildə 6 sayı) nəşr olunur. Bunları qorumaq, sistemli hala salmaq, kataloqlaşdırmaq məqsədlə AMEA Folklor İnstitutu Elmi Surasının 19 dekabr 2007- ci il tarixli qərarına əsasən Elmi Kitabxana yaradılmışdır .
Elmi kitabxananın 3 nəfər işçisi var. 2 mindən çox kitab fondu olan kitabxanaya Səadət Mustafayeva rəhbərlik edir . Səadət Həbib qızı Mustafayeva 1972-ci il martın 8-də Zəngilan rayonun Bürünlu kəndində anadan olmuşdur. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 2003-ildən AMEA Folklor İnstitutunda çalışır. 2007-ci il dekabr ayından Elmi kitabxananın müdiri təyin edilmişdir .
|