
Daha çox folklorşünaslıq tədqiqatlarının elmi koordinasiyası funksiyasını yerinə yetirən Folklor laboratoriyasında beynəlxalq miqyasda elmi əlaqələrin qurulması, təskili, koordinasiyası və həyata keçirilməsi (İnternet vasitəsilə), elmi tədbirlərin təşkili; ayrı-ayrı bölgələrdə regional folklor elmi qurumlarının təşkili, toplanmıs folklor mətnlərinin ekspertizası; audio və video materialların hazırlanması; Müasir dünya folklorsünaşlığının nəzəri məsələlərini özündə əks etdirən «Folklorsünaşlıq məsələləri» məcmuəsinin nəşrə hazırlanması kimi elmi təşkilati işlər həyata keçirilir.
Folklor laboratoriyası Folklor Elmi-Mədəni Mərkəzinin əsasında yaradılmış Folklor İnstitutunun struktur vahidi kimi 2003-cü ildən fəaliyyət göstərir. İnstitutun struktur layihəsi hazırlanarkən folklor problemləri ilə bağlı bir sıra mühüm nəzəri-eksperimental işlərin yerinə yetirilməsini təmin edən laboratoriyaya ehtiyac olduğu qeyd olunmuş, Elmi Surada müzakirəyə çıxarılmış və qəbul olunmuşdur. Folklor labo ratoriyası Folklor Institutunun «Folklor problemlərinin laborator tədqiqi» struktur bölməsinin qısa adıdır .
Laboratoriya 2003-cü ilin əvvəllərindən fəaliyyət göstərsə də, tərkibini 2004-cü ilin əvvəllərindən formalaşdırmağa başlamısdır. Bu proses hazırda davam etməkdədir. Folklor laboratoriyasının fəaliyyət istiqaməti aşağıdakılardır:
1. Folklor mətnlərinin toplanmasının elmi prinsiplərə uyğun təskili, mətnlərin ekspertizası, təsnifi, sistemləsdirilməsi və s.
2.Folklorla bağlı aktual araşdırma problemlərinin, mövzularının müəyyənləşdirilməsi;
3.Nəzəri folklorşünaslığın gücləndirilməsi ilə bağlı məsələlərin həlli; mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi;
4. Beynəlxalq elmi əlaqələrin və beynəlxalq elmi tədbirlərin təşkili;
5. Fundamental folklor ensiklopediyasının hazırlanması;
6.Folklor fondu haqqında (Türk-Azərbaycan kontekstində) informatimv icmalların hazırlanması;
7. Folklor fondunun öyrənilməsi səviyyəsi, metod və metodoloji əsasları, nəzəri təhlil üsullarının tətbiqi və nəticələri haqqında icmalların hazırlanması;
Folklor laboratoriyasında iyirmi üç nəfər çalısır . Onlardan biri filologiya elmləri doktoru , ikisi filologiya elmləri namizədidir .
Filologiya elmləri doktoru, professor Cəlal Abdullayev Folklor laboratoriyasının əməkdaşıdır. Cəlal Mehdi oğlu Abdullayev Gürcüstan Respublikasıın Qardabani ryonunun Nəzərli kəndində (30.12.1930) anadan olmusdur. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmisdir. Bakı Dövlət Universitetinin professoru, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir. İki yüzdən artıq elmi məqalənin və ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmus kitabların müəllifidir . |