Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 


“Manas” dastanı Azərbaycan dilində çap olundu

Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Folklor İnstitutunun böyük elmi işçisi, şair, publisist, tədqiqatçı Adil Cəmilin tərcüməsində çapdan çıxan qırğız eposu “Manas”ın təqdimat mərasimi keçirilib.
Qeyd etmək lazımdır ki, dastan AMEA Folklor institutunun direktoru, filologiya elmləri doktoru H.İsmayılovun redaktorluğu ilə filologiya elmləri namizədi Adil Cəmil tərəfindən tərcümə olunmuşdur. Təqdimatı keçirilmiş bu kitab “Manas” dastanının qırğız dilində Keneş Yusupov tərəfindən nəsr şəklinə salınmış variantından tərcümə olunmuşdur. Manasın dünyaya gəlişindən tutmuş dünyadan gedişinə qədər olan bütün hadisələr – epos qəhrəmanın uşaqlıq illəri, düşmənlərlə döyüşdə ilk qələbələri, kalmık və çinli basqınlarına cəsarətli cavabları yurdunun və xalqının azadlığı naminə qanlı savaşlara atılmağı, ata yurdunu işğaldan azad etməyi və s. əsərdə yığcam, lakin bütün gerçəkliyi ilə ifadəsini tapıb.
Xatırladaq ki, Hüseyn İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə Folklor institutunda hələ buna qədər türk xalqlarının möhtəşəm abidələrindən olan “Koroğlu” datanının Tiflis nüsxəsi – Təbriz variantı Azərbaycan ictimaiyyətinə təqdim olunmuş, həmçinin “Koroğlu” və “Dədə Qorqud” eposları macar dilində tərcümə və nəşr olunmuşdur.