Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 
DİREKTOR MÜAVİNİ

Oruc Əliyev son iyirmi ildə öz orijinal dəsti - xətti ilə seçilən, istər toplama, kataloqlaşdırma, janrlar üzrə təsnif və tərtib, istərsə də toplanılmış materialların müasir elmi - nəzəri təfəkkür işığında konseptual tədqiqi üzrə yorulmaz fəaliyyəti sayəsində seçilən folklorşünaslarımızdandır. Yorulmaz alimin bu iki istiqamətli fəaliyyətinə üçüncü bir cəhəti - elmi - təşkilati fəaliyyəti də əlavə etsək, onda onun müasir Azərbaycan folklorşünaslığı qarşısındakı əvəzsiz xidmətləri bütün dolğunluğu ilə görünər. Folklor Elmi - Mədəni Mərkəzi yarandığı gündən Oruc Əliyev bu mərkəzin elmi katibi kimi məsul bir vəzifəni icra edərək elmi - təşkilati işdə də son dərəcə böyük fəallıq göstərmiş, elmi fəaliyyətin səmərəlilik dərəcəsinin artırılması, məqsədyönlü təşkili üçün Hüseyn İsmayılovun yaxın köməkçisi olmuşdu .
Oruc Söhrab oğlu Əliyev 1949-cu il noyabr ayının 10- da Azərbaycanın zəngin folklor mühitlərindən olan Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. O, 1967-ci ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Oruc Əliyev 1981-1984-cü illərdə AEA-nın Ədəbiyyat İnstitutunda aspiranturada oxumuş, 1988-ci ildə «Azərbaycan sehrli nağıllarının ideya - bədii xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan folklorşünaslığında az öyrənilmiş bir elmi problemə həsr olunmuş bu elmi - tədqiqat işi sehrli nağılların ideya - bədii xüsusiyyətlərinin öyrənilməsi sahəsində son dərəcə orijinal bir tədqiqat işi idi. Alim uzun illərdir ki, «Azərbaycan nağıllarının poetikası» adlı doktorluq dissertasiyası üzərində çalışır. O, bu aktual elmi - problemlərlə bağlı «Azərbaycan nağıllarının poetikası» monoqrafiyasının, «Azərbaycan folkloru külliyyatı» seriyasından «Nağıllar»ın 6 kitabının tərtibçisi (H.İsmayılovla birlikdə), həmçinin 40-dan artıq məqalənin müəllifidir. Onun Azərbaycan şifahi xalq ədəbiyyatının həm ideya - məzmun, həm də həcm - forma özəllikləri baxımından son dərəcə xüsusi aparıcı mövqeyə malik nağıllar haqqındakı çoxistiqamətli tədqiqatları, demək olar ki, bu sahəyə aid tədqiqatlara yön verən, bu tədqiqatların strateji elmi istiqamətlərini müəyyənləşdirən tədqiqatlardır.