Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

Seyfəddin Rzasoyun “Oğuz mifinin strukturu” adlı doktorluq dissertasiyasının müzakirəsi keçirilib

7 oktyabr 2009-cu il tarixində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində filologiya elmləri namizədi Seyfəddin Rzasoyun “Oğuz mifinin strukturu” (oğuz mətnləri əsasında semiotik bərpa) adlı doktorluq dissertasiyasının müzakirəsi keçirildi. Tədbirə f.e.d, professor Füzuli Bayat sədrlik edirdi. Müzakirədə həmçinin f.e.d. M.Kazımoğlu, f.e.d. K.Əliyev, f.e.d. K.Allahyarov, f.e.d. Ə.Tanrıverdi, sənətş.e.d. R.İmrani, fəls.e.d. F.Qurbanov, f.e.n Ə.Ələkbərli, f.e.n. S.Xavəri, f.e.n R.Kamal, f.e.n. E.Abbasov, f.e.n O.Əliyev, f.e.n Nailə Rəhimbəyli, f.e.n. M.Abdullayeva da iştirak edirdilər.
Müzakirədə alimlərə öncədən təqdim olunmuş doktorluq dissertasiyasının ayrı-ayrı cəhətləri haqqında hərtərəfli mülahizə və iradlar qeyd olundu. Eyni zamanda, tədbirdə dissertasiyanın Ali Attestasiya Komissiyasının tələblərinə uyğunluğundan, mövcud elmi ədəbiyyatlardan istifadə səviyyəsindən, eləcə də, özünəqədərki tədqiqatlardan fərqi, müəllifin tədqiqatın obyekti və predmetinə yanaşma metod və metodologiyası kimi mühüm məsələlərdən geniş şəkildə bəhs olundu. Müzakirə prosesində dissertasiyada mövcud olan bəzi çatışmazlıqlar, əlavə və çıxarışlar haqqında da danışıldı.
Nəticə kimi demək olar ki, müzakirə uğurlu alındı və təqdim olunmuş dissertasiyanın bəzi əlavə və dəyişikliklər edilməklə növbəti mərhələyə buraxılması tövsiyə edildi.


AMEA Folkor İnstitutu Mətbuat Katibi Hikmət Quliyev