Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 
TÜRK XALQLARI FOLKLORU ŞÖBƏSİ

Türk xalqları folkloru şöbəsi türk xalqlarının folklor örnəklərinin araşdırılması, ən dəyərli folklor abidələrinin müqayisəli təhlili, ümumtürk folklor mətnlərinin arxetiplərinin və tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, türk xalqları folklor örnəklərinin tərcüməsi və nəşri işlərini həyata keçirir.
Türk xalqları folkloru şöbəsinin əsas elmi istiqaməti folkloru ümumtürk kontekstində dəyərləndirməkdir. Aparılan araşdırmalarda ümumtürk folkloru örnəkləri obyekt rolunu oynayır və bütövləşir, hər hansı bir folklor hadisəsi öz qiymətini türk xalqlarının folkloru prizmasından alır. Bu baxımdan ümumtürk folkloru istiqamətində tipoloji araşdırmalar şöbənin əsas məqsədidir. Bununla yanaşı, şöbə həm də birbaşa ayrı-ayrı türk xalqlarının folklorunun problemləri ilə məşğul olmagı qarşıya məqsəd qoyur. Türk xalqları folklorunun Azərbaycan dilinə tərcüməsi və nəşri şöbənin əsas istiqamətlərindən biridir. Söbənin məqsədi akademik tərcümənin prinsiplərinə əməl etməklə Azərbaycanın elmi ictimaiyyətini və oxucusunu türk xalqları folklorunun ən nadir inciləri ilə tanış etməkdir. Belə bir işin uğurla davam etdirilməsi həm də ciddi elmi araşdırmalar üçün özül rolunu oynaya bilər.
Qarşıya qoyulan məqsədə çatmaq üçün şöbə ciddi şəkildə kadr hazırlığı ilə məşğuldur. Kadrların yetişməsi qarşıya qoyulan məqsədi gerçəkləşdirməyə imkan verir.
Şöbə Azərbaycan folklorunun toplanması, nəşrə hazırlanması işi ilə də məşğul olur. Şöbə əməkdaşları hər il folklor ekspedisiyalarında olur və Azərbaycan folklorunun örnəklərini toplayır. Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından toplanmış folklor örnəkləri Azərbaycan folkloru antologiyasının cildlərindən biri kimi nəşrə hazırlanmışdır.
Türk xalqları folkloru şöbəsində görülən işlər elmi ictimaiyyəti qohum xalqların folklorunun kompakt şəkildə araşdırılmasının perspektivlərinə inandırmış, bu üsulla aparılan araşdırmaların elmiliyinə əminlik yaratmış, ideoloji baxımdan əhəmiyyəti qeyd olunmuşdur. Türk xalqları folklorunun, o cümlədən noqay, Kırım tatar, xakas, özbək folklorunun ən gözəl inciləri Azərbaycan dilinə tərcümə olunmuş, onlardan bəziləri artıq çap üzü görmüşdür. Bununla da, Azərbaycanda ilk dəfə olaraq qohum xalqların dilindən elmi tərcümənin əsası qoyulmuşdur.
Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri namizədi Əfzələddin Əsgərovdur. Əsgərov Əfzələddin Dağbəyi oglu 1958-ci ildə Sərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1966-cı ildə Qarabağlar kənd orta məktəbinə daxil olub, 1975-ci ildə məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-ədəbiyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı bitirmişdir. 1979-cu ildən 1982-ci ilə qədər Qarabağlar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1982-ci ildə Azərbaycan EA-nın Ədəbiyyat Institutunun aspiranturasına daxil olmuş, 1987-ci ildə aspiranturanı bitirmişdir. «Azərbaycan sehrli nağıllarında qəhrəman: səciyyəsi və mənşəyi» adlı namizədlik dissertasiyası üzərində araşdırmalar apararaq 1992-ci ildə müdafiə etmişdir. Hazırda Folklor Institutunda Türk xalqları folkloru şöbəsinin müdiri vəzifəsində çalışır.
Şöbənin iyirmi bir nəfər əməkdaşı var. Onlardan ikisi filologiya elmləri doktoru, altısı filologiya elmləri namizədidir.
Filologiya elmləri doktoru, professor Qara Namazov Türk xalqları folkloru şöbəsinin əməkdaşıdır. Qara Mustafa oğlu Namazov Qazax mahalının Çaykənd kəndində (08.05.1930) anadan olmuşdur. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Pedaqoji fəaliyyətlə məşgul olmuş - 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs demişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Folklor EL-nın rəhbəridir. 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.
Filologiya elmləri doktoru Muxtar İmanov Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisidir. Muxtar Kazım oğlu İmanov Naxçıvan MR Sərur rayonunun Axura kəndində (1955) anadan olmuşdur. 1977-ci ildə ADU-nun filologiya fakültəsini bitirmişdir. 1984-cü ildə «Müasir Azərbaycan nəsrində psixologizm» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Yazılı ədəbiyyatın nəzəri məsələlərinə, xalq gülüşü problemlərinə həsr edilmiş məqalələrin və bir monoqrafiyanın müəllifidir . 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib.