Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 

“Azərbaycan elmi XXI əsr: problemlər və perespektivlər” mövzusunda seminar

19 oktyabr 2009-cu il tarixində Qafqaz Universitetinin Ədəbiyyat klubunda “Azərbaycan elmi XXI əsr: problemlər və perespektivlər” mövzusunda seminar təşkil olunmuşdur. Seminarın məruzəçisi AMEA-nın Rəyasət Heyətinin elmi katibi, Folklor institutunun əməkdaşı Sərxan Xavəri mövzunun bütün aspektlərinə işıq salaraq geniş təhlillər etmişdir.
Problemlə bağlı geniş bilgilərə malik olan natiq əvvəlcə dünyada elmin müasir səviyyəsi, Avropa və Amerika təcrübəsində elmə verilən qiymət, elm adamlarının cəmiyyətdə qazandığı ictimai dəyər barədə məlumat verərək auditoriyada mövzu barədə tanışlıq yaratmışdır. Sonra isə Azərbaycan elmi və onun keçdiyi inkişaf yolu, çağdaş durumu, maddi-mənəvi aspektdən qiymətləndirilməsi kimi aktual məsələlərə nəzər salınmışdır. Məruzədə, ümumilikdə, Azərbaycan elminin problemləri və perespetivləri barədə də geniş dəyərləndirmələr yer almışdı.


AMEA Folkor İnstitutu Mətbuat Katibi Hikmət Quliyev